Bakıya təyyarə taksilər işləyəcək
Təyyarə taksi 5 nəfərlikdir
Gürcüstanda məşhur olan “Adjara Group Hospitality” (Adjara qonaqpərvərlər qrupu) yeni Aviator aviataksilərin istismarına başlayıb. İstiPress-in "Qruziya online"a istinadla verdiyi məlumata görə, yeni aviataksilər həm daxili, həm də beynəlxalq reyslər həyata keçirəcək.
"Beechcraft king Air C90 GTx" taksi təyyarələri Tiflis beynəlxalq aeroportundan Gürcüstanın bütün yerli aeroportlarına, eləcə də, Bakı, İrəvan, İstanbul, Trabzon və digər regionlara uçuşlar həyata keçirəcək. Kompaniya gələcəkdə reyslərin sayının artırılmasını və yeni təyyarə parkının yaradılmasını nəzərdə tutub.
Yeni, müasir tipli avadanlıqla tam təchiz olunmuş təyyarə 5 nəfər sərnişin üçün nəzərdə tutulub. Uçuş zamanı sərnişinlərin təhlükəsizliyi, biznes-klasslara cavab verən bütün tələblər yerinə yetiriləcək.
"Adjara Group Hospitality" Gürcüstanın turizm sektorunda fəaliyyət göstyərən ən iri şirkətlərdən biridir. Hazırda adıçəkilən şirkət ölkədə 3 otel idarə edir. Şirkət yerli bazara 7 il öncə daxil olub.