AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"1 saylı yerli İqtisad Məhkəməsinin hakimi Ülvi Mayılov qeyri-qanuni olaraq Ali Məhkəmənin verdiyi qərarı ləğv edib" — TXİ-nın üzvündən ŞOK İTTİHAMLAR-II yazı ARXİV FOTOLAR

  • + A
  • - A
  • 27-11-2019, 13:14

    "1 saylı yerli İqtisad Məhkəməsinin hakimi Ülvi Mayılov qeyri-qanuni olaraq Ali Məhkəmənin verdiyi qərarı ləğv edib" — TXİ-nın üzvündən ŞOK İTTİHAMLAR-II yazı ARXİV FOTOLAR


    “Ölkə.Az” Teatr Xadimlər İttifaqının üzvü, “TeaFond”un hazırda Çexiyada yaşayan direktoru Şamil Ağayevlə söhbətin ikinci hissəsini təqdim edir.

    “Möhtərəm Prezident incəsənət xadimlərinin məvacibinin az olmasına görə, bunların halına acıyıb, dövlət büdcəsində 300.000 manat pul ayırıb. Mən inanmıram ki, bu pul öz ünvanına çatır.

    "1 saylı yerli İqtisad Məhkəməsinin hakimi Ülvi Mayılov qeyri-qanuni olaraq Ali Məhkəmənin verdiyi qərarı ləğv edib" — TXİ-nın üzvündən ŞOK İTTİHAMLAR-II yazı ARXİV FOTOLAR


    “Azərbaycan Respublikası TXİ sərəncam- 25 oktyabr 1994-cü il”

    TXİ “TeaFond” istehsalat kommersiya müəssisəsinin fəaliyyəti ilə əlaqədər olaraq TXİ-nın idarə heyətinin 24 oktyabr 1994-cü il tarixli protokol №5 iclasının qərarı haqqında

    Azərbaycan TXİ “TeaFond” istehsalat kommersiya müəssisəsinin fəaliyyəti ilə əlaqədər olaraq TXİ-nın idarə heyyətinin 24 oktyabr 1994-cü il tarixli protokol №5 iclasının qərarına əsasanaraq sərəncam verilir.
    1.Ağayev Şamil Allahverdi oğlu TXİ-nin idarə heyəti 17 may 1994-cü il protokol №4 qərarı əsasında verilmiş “TeaFond” İKM-in 18 may 1994-cü il tarixli 2№-li və 6№-li əmrlərində dəyişiklik apararaq həmçini “TeaFond” İKM-in 20 may 1994-cü il tarixli təsdiq edilmiş ştat cədvəlində dəyişiklik edərək, ərizəsinə əsasən 1994-cü il may ayının 18-dən “TeaFond” İKM-in kommersiya direktoru vəzifəsində aylıq maaşı 7500 manatla işləmiş hesab edilsin.
    2. Ağayev Şamil Allahverdi oğlu 1994-cü il oktyabrın 25-dən ərizəsi əsasında Azərbaycan TXİ “TeaFond” istehsalat kommersiya müəssisəsinin direktoru vəzifəsinə təyin edilsin. Aylıq maaş ştat cədvəli üzrə.
    3.Qasımov Bala Ağa oğlu 1994-cü il oktyabrın 25-dən etibarən təşəkkür elan olunmaqla TXİ-nin TeaFond” istehsalat kommersiya müəssisəsinin müvəqqəti icra etməkdən azad olunsun”.

    Qeyd edim ki, “TeaFond” indiyə qədər Ədliyyə Nazirliyində qeydiyyatdadır. Azərpaşa Nemətov isə onu qanunsuz şəkildə ləğv edib. Bildiyimiz kimi idarə 2 halda ləğv oluna bilər. Ya gərək məhkəmə qərarı ilə ya da idarəni təsis edənlərdən biri ləğv etməlidir. A. Nemətov isə hüquqi prosedurlardan xəbərsiz olduğu üçün idarəni özbaşına ləğv edib. Bu da heç bir qanuna uyğun deyil.
    Ancaq bu işi də normal şəkildə görə bilməyiblər. Ataların bir məsəli var “Yalançının yaddaşı olmaz”.
    Bunlarda öz dediklərini, yalan çıxarıblar. Çünki sənədlərdə təsdiq ediblər ki, “Dəyirman” “TeaFond”un mülkiyyətindədir. Mən də yəni Ağayev Şamil o şirkətin direktoruyam.

    Ancaq buna baxmayaraq, mənim xəbərim olmadan bir nəfərlə müqavilə bağlayaraq ora icarəyə verilib. Bundan başqa qeyd edim ki, icarə pulları da banka köçürülmə ilə deyil, nağd şəkildə Nemətova verilir. Yəni, bu pulların nə bir bank qeydiyyatı, nə də bir qəbzi var. Bununla da o,vergidən yayınaraq, dövlətdən gizli, “qara” pullar qazanır.

    Yaxşı, indi bir sual verirəm ay Azərpaşa, sən özgənin mülkini necə icarəyə verirsən? Bu axı sənin balansında olmayan mülkiyyətdir? Bu dərəcə qanunsuzuğa kim göz yumur? Bu birbaşa cinayətdir.

    Mən bu məsələ ilə bağlı Korrupsiya idarəsinə də müraciət etmişəm. Onlar isə mənə bunu mülki iş olduğunu bildirərək, məhkəməyə müraciət etməyimi tövsiyyə etdilər. Mən heç cür bu qərarı başa düşə bilmirəm. Dövlətin əmlakı necə mülki iş ola bilər?

    "1 saylı yerli İqtisad Məhkəməsinin hakimi Ülvi Mayılov qeyri-qanuni olaraq Ali Məhkəmənin verdiyi qərarı ləğv edib" — TXİ-nın üzvündən ŞOK İTTİHAMLAR-II yazı ARXİV FOTOLAR

    Bundan başqa Azəpaşa Nemətov idarəni “TeaFond” istehsalat kommersiya müəssisəsinin fəaliyyətini müşavirə edərək, TXİ-nin idarə heyyətinin müəssisələr haqqında Azərbaycan Respublikası Qanununun 19-cu və 20-ci madələrini TXİ nizamnəməsini 3.10-cu bəndi və “TeaFond” İKM-nin nizamnaməsinin 9.1-ci bəndini rəhbər tutaraq qərara alıb:

    “TeaFond” istehsalat kommersiya müəssisəsi ləğv edilsin.

    Aşağıdakı tərkibdə ləğvetmə komissiya yaradılsın”.

    Bununla da A. Nemətov, özündən qərar çıxardaraq, özbaşına “TeaFond”u ləğv edib.

    İşin gülməli tərəfi isə komissiyanın tərkibində mənim də adım olmasına baxmayaraq, mənim bu işdən xəbərim olmayıb. Digər tərəfdən isə mən müəssisənin direktoru olaraq qalıram.

    Hələ bu harasıdır, mənim əmək kitabçamdakı qeyd isə heç bir qanuna uyğun deyil. Təxmini belə bir məzmunu var:
    Guya, mən 1998-ci ilin mart ayında işdən azad olunmuşam və 1999-cu ilin iyun ayında işdən çıxmışam. Bunu hansı hüquq adamı başa düşər? Necə yəni 1998-də azad olmuşam və 1999-da işdən çıxmışam? Bu absurd fikirlər haradan yaranıb? Əgər mən 1998-ci ildə işdən azad olunmuşamsa, yenidən 1999-cu ildə işdən necə çıxa bilərəm?

    Bundan sonra A. Nemətova başa salırlar ki, sən ixtiyarın olmadan idarəni ləğv edə bilməzsən. Çünki idarə dövlət qeydiyyatındadır. Bu prosedurları anlayandan sonra qərara gəlir ki, müəssisənin ləğvi üçün məhkəməyə müraciət etsin.

    Məhkəmə isə bu iddianı rədd edib. Bu da məhkəmənin 2011-ci ildə “TeaFond” istehsalat kommersiya müəssisəsi ləğvi barəsində verdiyi qərar:

    “Məhkəmə TXİ-nin nümayəndəsi S.Quliyevin iddiaçı “TeaFond” istehsalat kommersiya müəssisəsinin hüquqi şəxslərinin dövlət reyesterindən çıxarılması haqqında verdiyi qarşılıqlı iddia ərizəsi qəbul edilməsin”.

    Buradan da aydın olur ki, məhkəmə bu qeyri-qanunu şikayəti qəbul etməyib.

    Bu məsələlərdən belə anlamaq olar ki, Azərpaşa Nemətov öz qeyri-qanunu işlərinin üstünü ört-basdır etmək üçün “TeaFond”u ləğv etmək istəyir.
    İqtisad məhkəməsi adından qətnamə- 2002-ci il

    İddia TXİ-ı “TeaFond”nun təsisçiləri:
    Ağayev Şamil Allahverdi oğlu
    Nadirov Fazil Əbdüləziz oğlu
    Ağayev Namiq Şamil oğlu
    Səmədov Etiram Mirzağa oğlu
    Eminova Sevda Qoca qızı

    “Azərbaycan Respublikası Ali məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 7/5 saylı 10.01.2002-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin qətnamələrin qanuni və əsaslarının yoxlanılması üzrə məhkəmə kollegiyasının 2.04.1998-ci il tarixli qərarı və Azərbaycan Respublikası İqtisad Məhkəməsinin rəyasət heyyətinin 29.09.1998-ci il tarixli qərarı ləğv edilmiş və iş yeniən apelyasiya qaydasında baxılmaq üçün İqtisad Məhkəməsinə göndərilib”.

    Deməli, qaydalara görə, Ali məhkəmənin qərar ləğv etməyə ixtiyarı yoxdur. Onlar da öz səlahiyyətlərini yerinə yetirərək işi yenidən baxılması üçün İqtisad məhkəməsinə göndərib.

    Mən müəssisənin hər bir sənədi ilə sizi tanış etməyə hazıram. Mən də hər bir xırda nüansın belə qanuni sənədləri var.

    Baxın, bu sənəd “TeaFond”un qeydiyyatdan keçməsi haqqında şəhadətnamədir:

    “25 noyabr 1993-cü ildə “TeaFond” istehsalat kommersiya müəssisəsi kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir”.
    “TeaFond” dəyirmanı almaq üçün o zaman mövcud olan Taxıl Nazirliyinə ödəmə edib. Yenə təkrarlayıram, dəyirman qanunla TXİ-nin deyil, “TeaFond”un balansındadır. Ona görə, məhkəməTXİ-nın qanuna zidd hərəkət etdiyini təsdiqləyib:

    “12.12.1990 - ci il tarixdə “TeaFond” istehsalat birliyi tərəfindən 60 saylı ödəmə tapşırığına əsasən 372.880 rubl məbləğində kompleksin dəyəri Taxıl Məhsulları Nazirliyinə ödənilmişdir. Beləliklə, iş materialları ilə sübut olunub ki, 3 saylı Dəyirman kompleksinin binası TXİ-nin deyil, “TeaFond” QSC-nin əmlakıdır. Müəssisənin əmlakı onun razılığı olmadan və ya məhkəmə qərarı olmadan alına bilməz. Beləliklə, TXİ-nın idarə heyyəti 8/1 saylı qərarı qəbul edərkən müstəqil hüquqi şəxs olan “TeaFond”un mülkiyyət hüququnu pozmuşdur”.

    İqtisad məhkəməsinin 07.03 tarixli qətnaməsi

    Bundan əlavə iş materiallarından aydın olur ki, TXİ-ı məhkəməyə müraciət edərkən, qanunla müəyyən edilmiş 1 illik iddia müddətini buraxmışdır.
    Yəni qanunla artıq hakim bu işə baxmamalıydı, çünki TXİ-i şikayət edə biləcək müddətini buraxıb.

    Buradan aydın olur ki, iddiaçı şikayət müddətinin bitməsi barədə vəsadət verməyib, lakin məhkəmə öz təşəbbüsü ilə bu məsələyə baxaraq, onu həll edib. Bununla da məhkəmə kobud prosesual pozuntuya yol verib. İş materiallarında iddia müddətinin üzürlü səbəbdən buraxmasına dair heç bir sübut yoxdur. Bundan əlavə iş materiallarından görünür ki, işə baxılarkən cavabdehlərin hamısının nümayəndələrinin iştirakı təmin edilməyib”.

    Mən qanunla hərəkət etdiyim üçün bütün məhkəmələr mənim xeyrimə qərar çıxarıblar.

    Sonra isə 1 saylı yerli İqtisad Məhkəməsinin hakimi Ülvi Mayılov hansısa qeyri - qanunu rəhbər tutaraq Ali Məhkəmənin verdiyi qərarı ləğv edib. Halbuki, heç bir instansiya Ali Məhkəmənin qərarını ləğv edə bilməz.

    Sonra biz Ülvi Mayılovdan kasassiya şikayəti verdik. Sonda Kassasiyadan da bizə Ülvi Mayıovun haqlı olduğunu bildirdilər. Ancaq bu hansı qanuna uyğun olduğu mənə hələ də qaranlıq qalır.

    25 fevral 2003-cü il.

    Qanunvericilikdə məhkəmədə əgər bir məsələ barəsində bir hakim çıxış edibsə, o işin yenidən baxılmasında iştirak edə bilməz. Yəni prosedura mütləq başqa bir hakim baxmalıdır. Amma bizim işimizə eyni hakimlər baxıb. Burdada qanun pozulub.

    Bundan başqa bu işdə İqtisad məhkəmənin çıxardığı 2 qərarı bir birinə ziddir. Çünki, qanunvericilikdə də deyilir ki, çıxarılan bir qərar ləğv olunmamış, digərinə qərar verilə bilməz. Burada isə məhkəmənin çıxardığı qərar bir-birinə ziddir.

    Deməli, bunlardan biri 07.03.2002-ci ildə, İqtisad məhkəməsi tərəfindən mənim xeyrimə, verilən qərardır.Digəri isə 25.02.2003- cü ildə yenə İqtisad məhkəməs tərəfindən qarşı tərəfin xeyrinə verilən qərardır.Maraqlısı isə hər iki qərarın qüvvədə olmasıdır.Bildiyimiz kimi bu da qanunən mümkünsüzdür.

    30.900.000 manatın AQİBƏTİ

    Deməli, bizim idarə qanunsuz ləğv ediləndə, bu zaman avtomatik idarə rəisinin səlahiyyətləri idarə heyyətinin sədrinə keçir.
    Bizim yəni “TeaFond”un bankda 30.900.000 manat məbləğində pulumuz vardı. Bu pul da bankdan yalnız komissiya tərəfindən çıxarıla bilərdi. Çünki qanunsuz da olsa, mənim səlahiyyətlərim ləğv olunmuşdu. Sonradan bu pullar izsiz-tozsuz yoxa çıxdı. Bu pulların aqibəti hələ də bu günə qədər bilinmir. Kim tərəfindən, necə çıxarılıb”,- deyə müsahib bildirib.

    "1 saylı yerli İqtisad Məhkəməsinin hakimi Ülvi Mayılov qeyri-qanuni olaraq Ali Məhkəmənin verdiyi qərarı ləğv edib" — TXİ-nın üzvündən ŞOK İTTİHAMLAR-II yazı ARXİV FOTOLAR


    [img]https://scontent.fgyd1-1.fna.fbcdn.net/v/t1.15752-9/p1080x2048/77098044_941492479568492_9080715651600875520_n.jpg?_nc_cat=111&_nc_ohc=2xpPfVX5LncAQkwzIKTY-_eRiVk5Z10ea5Pj2fwEyxnqb6MDnxMORqM5Q&_nc_ht=scontent.fgyd1-1.fna&oh=aec78c4bf14182e686703181d00c01fc&oe=5E858A20[/img]
    [img]https://scontent.fgyd1-1.fna.fbcdn.net/v/t1.15752-9/p1080x2048/78301646_529665511214396_2549451574262890496_n.jpg?_nc_cat=108&_nc_ohc=nFFvq8zvHbAAQmhm8s4hj62mIfQLAn89i5Q7yKQHRioz1WvLOXT5mmJfg&_nc_ht=scontent.fgyd1-1.fna&oh=7c6eb67447152c90441004353a785d83&oe=5E495DC8[/img]


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR