AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gün seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatır

  • + A
  • - A
  • 15-01-2020, 10:55

    Bu gün seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatır


    Bu gün - yanvarın 15-də Milli Məclisə seçkilərlə əlaqədar hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatır.

    Bu barədə “Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nda qeyd edilib.

    Seçki Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, dairə və məntəqə seçki komissiyaları səsvermə gününə azı 25 gün qalanadək hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsini təmin etməlidir.

    Xatırladaq ki, Azərbaycanda Milli Məclisə seçkilər fevralın 9-na təyin edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR