AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İşə düşən kimi çökən “Kirayə evlər” layihəsinə Xanhüseyn Kazımlının oğlu rəhbərlik edir

  • + A
  • - A
  • 23-01-2020, 13:19

    İşə düşən kimi çökən “Kirayə evlər” layihəsinə Xanhüseyn Kazımlının oğlu rəhbərlik edir


    Xəbər verildiyi kimi İpoteka və Kredit Zəmanət Fondunun dünən saat 10-dan kirayə evlər üçün elektron formada müraciətləri qəbul etməli olan “Elektron ipoteka” sistemi çökdü.
    Fond “Elektron ipoteka” sisteminin yaradılması üçün “CyberNet” MMC-yə 6 000 000 manat, sistemin təkmilləşməsi üçün “GT Solution” şirkətinə də 3 000 000 manat vəsait ödəyib.

    Məsələ sosial mediada müzakirə olunub. Sosial şəbəkə istifadəçiləri bu qədər vəsait, bu qədər dövlət dəstəyi qarşılığında, dövlət tərəfindən vətəndaşların sosial durumunun yaxşılaşmasına yönələn dövlət əhəmiyyətli bir layihənin bu tip uğursuzluğu tənqid olunub.
    İşə düşən kimi çökən “Kirayə evlər” layihəsinə Xanhüseyn Kazımlının oğlu rəhbərlik edir

    Əkrəm Həsənov(1)
    Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov fəaliyyətinin ilk günündə çökən “Elektron ipoteka” sistemi ilə bağlı bildirib ki, İpoteka və Kredit Zəmanət Fondunun rəhbəri keçmiş deputat Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımovdur: “Fəxri Kazımov Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun çanta daşıyanı olaraq karyera qurmuş ən savadsız və təsadüfi məmurlardan biridir”.

    İşə düşən kimi çökən “Kirayə evlər” layihəsinə Xanhüseyn Kazımlının oğlu rəhbərlik edir


    İT üzrə mütəxəssis Osman Gündüz bildirib ki, aldığı məlumata görə, Elektron Hökumətin İnkişafı Mərkəzi bir neçə dəfə İpoteka Fonduna xəbərdarlıq edib: “Fonda tövsiyələr verib ki sistem bu formada işə salınsa yüklənməyə tab gətirməyəcək, risklər yüksəkdir və sistem çökə də bilər”.

    Qeyd edək ki, “GT Solution” şirkətinin həyata keçirdiyi layihələri əsasən Mərkəzi Bank satın alıb. Mərkəzi Bankın “GT Solution”dan satın aldığı predmetlər “Kompyuter və kompyuter avadanlıqlarının, xidmətlərin satın alınması”, “Mühasibat sisteminin təkmilləşdirilməsinə və digər informasiya sistemləri ilə interfeyslərin yaradılması xidmətlərinin satın alınması”, “İnformasiya sistemlərinin texniki və proqram platformalarının dəstəklənməsi və surətçoxaltma aparatları üçün texniki xidmətlərin satın alınması”, “Elektron ipoteka” sisteminin yaradılması üzrə mal və xidmətlərin satın alınması”dır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR