AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu sahədə 1600 iş yeri yaradıla bilər — İşsizlərə ŞAD XƏBƏR

  • + A
  • - A
  • 20-12-2016, 10:31

    Bu sahədə 1600 iş yeri yaradıla bilər — İşsizlərə ŞAD XƏBƏR

















    Azərbaycanda maliyyə xidmətləri sahəsində 1600 iş yeri yaradıla bilər.

    Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

    Qeyd olunur ki, maliyyə xidmətləri sektorunda prioritetlərin həyata keçirilməsi nəticəsində 2020-ci ildə real ÜDM-in750 milyon manat dəyərində artacağı, maliyyə xidmətləri sektorunda 1600 iş yerinin yaradılacağı proqnozlaşdırılır.

    Yol xəritəsinə əsasən maliyyə xidmətlərinin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlər üzrə 2020-ci il üçün aşağıdakı əsas hədəf indikatorları müəyyən edilib:

    - bank sektorunun gəlirliliyinin 2015-ci ilə nəzərən 7 faiz artması;
    - 2020-ci ilədək fond birjasında listinqə mühüm sektorlardan əlavə 5 şirkətin çıxması;
    - maliyyə dərinliyinin (kreditlərin qeyri-neft ÜDM-ə nisbətinin) 60 faiz təşkil etməsi;
    - qeyri-işlək kredit əmsalının 8 faizədək azaldılması;
    - sığorta penetrasiyasının (sığorta haqlarının qeyri-neft ÜDM-ə nisbətinin) 1,4 faizə çatması.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR