AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir baş redaktoru işdən çıxartdırıb? - AÇIQLAMA

  • + A
  • - A
  • 26-05-2017, 12:37

    Nazir baş redaktoru işdən çıxartdırıb? - AÇIQLAMA

















    "Space" Müstəqil Teleradio Şirkətinin (Space TV) "Hər gün” informasiya proqramının keçmiş baş redaktoru Elman Gədiklini işdən getməyi ilə bağlı açıqlama verib.
    Ölkə.az-a açıqlama verən E.Gədikli əsəblərində problem yarandığı üçün belə qərar verdiyini bildirib: "Son bir ildə əsəblərim yerində deyildi. Bir ay ərzində isə bacımı və qardaşımı itirmişəm. Ona görə də çox gərginəm. Xəbərlər də ağır yerdir. Ona görə öz ərizəmlə işdən çıxmışam. Amma ola bilsin ki, nə vaxtsa "Space"ə qayıtdım".

    Keçmiş baş redaktor yerinə təyin edilən Azadə Balayeva barədə danışmaq istəməyib: "Əgər rəhbərlik belə qərar veribsə, bunu onlardan soruşun".

    Qeyd edək ki, E.Gədiklinin işdən çıxarılmasıyla bağlı da xəbərlər yayılıb. Bildirilir ki, təhsil sistemi haqda tənqidi süjetdən sonra təhsil naziri Mikayıl Cabbarov "Space"in rəhbəri Vaqif Mustafayevə zəng vurub. Hətta, Mikayıl Cabbarov həmin materialın Təhsil Nazirliyinə qarşı qərəz doğurduğunu vurğulayaraq, günahkarın cəzalandırılmasını istəyib. Məhz bu zəngdən sonra E.Gədikli işdən çıxarılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR