Ramazan ayının 3-cü günü: Dua və iftar vaxtı
"İlahi, bu ayda mənə güclü ağıl və ayıq-sayıqlıq ver"
Bu gün müqəddəs Ramazanın ayının 3-cü günüdür.
İftar vaxtları və duasını təqdim edir:
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:17-də, iftar isə saat 20:18-dədir.
Ramazan ayının 3-cü gününün duası:
"İlahi, bu ayda mənə güclü ağıl və ayıq-sayıqlıq ver, məni bu ayda pis şeylərdən və qafilliklərdən uzaq et, ey Səxavətlilərin Səxavətlisi. Öz səxavətin xatirinə bu ayda nazil etdiyin hər xeyirdən mənim də nəsibimi ver".