Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Britaniya Azərbaycanlıları İcması təşkilatının sədri Fəridə Pənahovanın təşəbbüsü ilə Qlazqo şəhərində “Xocalıya ədalət!” yazılmış lövhələr quraşdırılıb.
Britaniyanın digər şəhərlərində olduğu kimi Qlazqo şəhərində də həyata keçirilən bu aksiyanın məqsədi şəhər ictimaiyyətinin diqqətini 29 il öncə erməni silahlı qüvvələrinin dinc Azərbaycan vətəndaşlarına qarşı xüsusi amansızlıqla törətdikləri kütləvi qırğına cəlb etmək, dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən xalqımızın haqlı və ədalətli tələbinin eşidilməsinə nail olmaqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.