AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu komissiya sağlamlığı məhdud olan uşaqlara niyə zülm edir?..

  • + A
  • - A
  • 26-06-2017, 10:10

    Bu komissiya sağlamlığı məhdud olan uşaqlara niyə zülm edir?..

















    urası 44 saylı məktəbin yanında fəaliyyət göstərən Tibbi Pedoqoji-Psixoloji Komissiyadır. Yəni burası hər nədirsə, orta məktəbə yenicə qədəm qoymaq istəyən, lakin sağlamlıqları baxımından bu “görəvə” layiq olmayan balalarımızın taleyini həll edən “KOMİSSİYA”dır

    Əslində tarixi baxımından çox bənzər əhvalatları yada salır bu komissiyanın mənzərəsi. Hər kəs ki, bura təşrif buyursa, qapıdan ta içəri girmək imkanlarına malik olsa belə, bura ya Sovetlər İttifaqının dağılma ərəfəsindəki çörək növbəsində bir-birlərini dəlik–deşik edən Azərbaycan mənzərəsini xatırladır, ya da hərbi xidmətə yola salan məşur “BİLƏCƏRİ”ni. Nədir bu abu-hava? Görünən odur ki, HƏR 2-Cİ VƏ 5-Cİ GÜNLƏR burada Tibbi Psixoloji Komissiya çalışır və sağlamlıq imkanları məhdud uşaqlar üçün təhislə yararlılıq barədə rəy verir. Hər səhər ora axışan minlərlə valideyn, nənə, baba, əmi, dayının qışqırıq və ah-vay səsləri, bu isti yay günlərində havasız bir dəhliz boyunca söyüşün “qəhqəhə”si – Bakının bu yerində yeni sabahı qarşılayır. Nədir bu mənzərə? Kohnə “Qorotdel”dənmi miras qaldı, yoxsa bu binanın ruhlarınımı hopdurdu səhərlərin açılışına!

    Burası Bakı Şəhəri Səhiyyə İdarəsinin Tibbi Pedoqoji-Psixoloji Komissiyasıdır. Hər səhər 2 və 5-ci günlər saat 4-dən bura insanlar axışır. Hərənin əlində növbə siyahısı… Bu siyahının uzunluğu ta gələn ilə qədər uzana bilir. Oradan qışqırıq səsləri gəlir – “mənim növbəm neçədi?”, buradan yuxusuz qalmağa məhkum edilmiş uşaqların ağlaşması!..

    Buradan keçən nabələd insanın heyrət dolu baxışları!!! Nədir bu?!. Valideynlərin əllərindən yapışmış bu uşaqların hara düşdükləri, nədən bu “dəlixana”ya gəldiklərinə dair suallardan doğan heyrətin içindədirlər… Onların sual dolu baxışlarını süzdükcə insanın ürəyinin başı sızıldar. Sağlamlıq imkanları məhdud uşaqların ilk gördüyü bü mənzərə əsl psixoloji travma yaşatmırmı?..

    Bax, budur Tibbi komissiyanın 2-ci və 5-ci günlərinin mənzərəsi. Həftənin həmin günlərində 44 saylı orta məktəbin həyətində nə xarici maşınlar dayanır, nə də varlı adamlar. Buranın mənzərəsi kasıb valideynlərin xəstəliyə düçar olmuş balalarını haradasa təhsilə cəlb etmək çırpınışlarından yaranıb. Bu səslər, bu qışqırıqlar övladının gələcəyinə o qədər də arxayın olmayan valideynlərin son çırpınışlarıdır.

    Əslində bu yazının mahiyyətini başqa səmtə də yönəltmək olar. Məsələn, ölkəmizin inkişaf strategiyası nədən bu sahəyə heç gəlib çıxmayıb? İndi ölkəmizdə növbəlik prinsiplərinin yeni qaydaları mövcud olduğu halda, nədən bu mənzərə ilə qarşı-qarşıya qalmışıq? Hər bir nazirlik və idarə, komitələrin qəbul günləri, yaxud onlayn növbəlik prinsipləri və ələlxüsus da ölkəmizdə xidmət sahələrinin inkişaf modelinin yeni meyarları olduğu halda, nədir bu mənzərə? Bildiyimiz kimi, ASAN xidmət yaradıldıqdan sonra bir çox problemlər artıq arxada qalıb. Hətta bu xidmət evlərə getməklə insanların bu cür problemlərinin aradan qaldırılması istiqamətində əvəzsiz xidmətlər göstərir. Nədən bu cür xəstə uşaqların hər səhər yuxusuz qalmasına şərait yaradırıq?

    Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbləri fəaliyyət göstərir. Bildiyimiz kimi, bu sahədə Heydər Əliyev Fondunun dəstəyi ilə müasir infrastruktur yaradılıb və bu proses Mehriban xanım Əliyevanın hər zaman diqqəti və qayğısı altındadır. Bu baxımdan uşaq sanatoriyalarının müasir avadanlıqlarla təchiz olunmasını da qeyd etmək vacibdir.

    Və nəhayət, bu istiqamətdə dövlətimizin gördüyü işlərin fonunda bu cür mənzərəni “yaradan”lar nədən düşünmürlər ki, köhnə Biləcəri, köhnə avtobus növbələri ötən əsrdə qaldı… (moderator)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR