AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Almaniyanın kansleri postuna namizəd KİMDİR...

  • + A
  • - A
  • Bu gün, 09:51

    Almaniyanın kansleri postuna namizəd KİMDİR...

    Ötən Almaniyada keçirilən erkən parlament seçkilərinin ilkin nəticələrinə görə, mühafizəkar Xristian Birlik partiyaları (CDU/CSU) qalib gəlib.

    Xristian Demokrat Birlik (CDU) partiyasının lideri Fridrix Mers yeni hökuməti sürətlə qurmaq istədiyini bildirib.

    Mers Almaniya siyasətinə yad bir sima deyil. O, siyasi karyerası boyunca daim mühafizəkar mövqeyi ilə seçilib. Xüsusilə miqrasiya qanunlarını sərtləşdirmək üçün parlamentdə radikal sağ qüvvələrlə əməkdaşlığa getməsi diqqət çəkən addımlardan biri olub. Bu isə keçmiş kansler Angela Merkelin mərkəzçi siyasətindən uzaqlaşma kimi qiymətləndirilir.

    Mersin siyasi karyerası uzun müddətli fasilələrlə doludur. 2009-cu ildə Merkelə məğlub olduqdan sonra siyasəti tərk edərək özəl sektora keçib. Lakin 69 yaşında siyasətə qayıdaraq kansler olmaq üçün mübarizəyə başlayıb.

    Seçkilərə bir ay qalmış, Berlinin lüks otellərindən birində təşkil edilən toplantıda xarici siyasət mövqeyini açıqlayıb. O, biznes dünyasından gəldiyi üçün siyasətə daha praqmatik yanaşır.

    Hündürboy və gur səsə malik olan Mers gənclik illərində siyasətə maraq göstərmiş, 25 yaşında CDU-ya qoşulmuşdu. 1989-cu ildə Avropa Parlamentinə üzv seçilmiş, daha sonra isə Almaniya parlamentində fəaliyyətini davam etdirmişdi. Mersi tanıyanlar onu prinsipial, cəsarətli və qətiyyətli siyasətçi kimi təsvir edirlər.

    Lakin Mersin siyasi irsi birmənalı qarşılanmır. Keçmişdə evlilik daxilində zorakılığı cinayət hesab edən qanun layihəsinə qarşı çıxması, habelə bəzi mübahisəli açıqlamaları onun xüsusilə gənclər və qadın seçicilər arasında populyarlığını aşağı salıb.

    Hazırda Mersin əsas məqsədi koalisiya hökumətini qurmaqdır. Onun radikal sağçı AfD partiyası ilə əməkdaşlığa gedib-getməyəcəyi siyasi dairələrdə müzakirə olunur. Özü bu iddiaları rədd etsə də, bəzi siyasi müşahidəçilər onun seçki uğuru üçün bu cür risklərə gedə biləcəyini düşünür.

    Almaniya və Avropa İttifaqı Mersin hakimiyyətə gəlişini diqqətlə izləyir. Brüsseldəki siyasi dairələr onun siyasətinə ehtiyatla yanaşır. Lakin Almaniyanın mövcud siyasi böhrandan çıxması və iqtisadiyyatını gücləndirməsi üçün dəqiq strategiyalara ehtiyacı var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR