Respublika ərazisinə yağan güclü qar yollarda problem yaradıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları həm rayondaxili, həm də magistral yollarda təmizləmə işlərini davam etdirir. Dünən gecədən başlayaraq, Şamaxı Pirqulu və Şamaxı Yevlax Bakı yolundakı problem aradan qaldırılıb. Qarkürüyən maşınlar vasitəsilə, yollara qum və buz tökülüb.
AzadMedia.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 19 saylı xüsusi təyinatlı yol istismarı İdarəsinin direktoru Nazim Eynallının sözlərinə görə, Şamaxı rayonu ərazisindəki yollarda qardan buzdan təmizlənmə işləri görülür: “Ümumilikdə bütün respublika ərazisində yağan qarın yaratdığı fəsadlar aradan qaldırılır. Ulu öndərin dediyi kimi,Yol iqtisadiyyat mədəniyyət bir sözlə həyat deməkdir. Biz də insanların yollarda keçən həyatında heç bir problemin olmaması üçün çalışırıq. Demək olar ki, bütün yollara qum və buz səpilib. Hazırda yolu işlək vəziyyətdədir”