AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həbs edilən sabiq nazir müavinindən XƏBƏR VAR

  • + A
  • - A
  • 10-08-2021, 14:54



    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Unikal.org xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib. Vəkil çıxışında müdafiə etdiyi şəxs barəsində təqdim olunan ittihamlarla razı olmadıqlarını bildirib. Müdafiə tərəfi həmçinin təqsirləndirilən şəxsin əməkhaqqı hesabına qoyulan həbsin götürülməsini istəyib. Sabiq nazir müavininə son söz demək üçün məhkəmədən vaxt istəyib.

    Proses təxirə salınıb.

    Qeyd edək ki, prokuror R. Bayramovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    İttihama görə, mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR