AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xərçəng əleyhinə vitamin B17 tibbdə niyə istifadə olunmur? - FOTOLAR

  • + A
  • - A
  • 28-08-2017, 10:25

    Xərçəng əleyhinə vitamin B17 tibbdə niyə istifadə olunmur? - FOTOLAR














    Uzun illərdir xərçəng xəstəliyi ilə mübarizə aparan insanlar ümidsiz şəkildə ölümün gəlişini gözləyirlər. Lakin əslində bu xəstəliyin müalicəsi çox sadədir. Dünya üzrə xərçəng xəstəliyindən qazanc əldə edən "həkimlərin" sayı, bu xəstəlikdən dünyasını dəyişənlərin sayından daha çoxdur. İnsan sağlamlığını alt-üst edən kimyaterapiyalar orqanizmin bütün fəaliyyətini pozaraq xəstəliklə mübarizə gücünü azaldır. Bu səbəbdən də ankoloji xəstələr həm fiziki, həm mənəvi olaraq məğlub olurlar.
    Publika.az sizə xərçəng xəstəliyinin qarşısını alan, ilkin mərhələdən prosesin orqanizmə yayılmasına mane ola biləcək vitamin B17 adlandırılan müalicə üsulu haqqında maraqlı faktları təqdim edir:
    Milyonlarla insanın ölümünə səbəb olan ankoloji xəstəliklərin qarşısını almaq, onları tamamilə müalicə edə bilmək üçün Beynəlxalq Səhiyyə sistemi müxtəlif alternativ müalicə üsulları axtarır. Hansılar ki, kimyaterapiyanı tamamilə əvəz edərdilər. Loru dillə desək, kimyaterapiya orqanizmin zəhərlənməsi deməkdir.
    Kimyaterapiya xərçəng qəfəslərini məhv etməklə yanaşı, orqanizmdə bir sıra dəyişikliklərə yol açır ki, bunlar da reablitasiya prosesini gecikdirir.
    Amma bu qorxunc xəstəlikdən effektiv müalicə üsulu mövcuddur: Vitamin B17 laetril və ya amiqdalin (C20H27NO11) adlandırırlar. Orqanizmdə yaranan istənilən qorxulu şişi (bədxassəli - xoşxassəli) dağıdır. Sözügedən maddəni isə əksər meyvə çəyirdəklərinin (sümüklərinin) tərkibindən əldə etmək olar- əriklər, şaftalı, alma, albalı, gavalı və s.
    Sözügedən müalicə üsulunu isə San-Fransiskodan olan həkim, biokimyaçı T. Ernest Krebs kəşf edib. O, sağlam insanın qida rasionunda olması gərəkən əhəmiyyətli komponentlərin təmin olunmasına diqqət edilməli olduğunu vurğulayıb. Təəssüflər olsun ki, bu gün tibbdə ən bahalı müalicə üsulları məhz ankoloji xəstəliklərin payına düşür. Kimyaterapiya seanslarından qazanılan gəliri heç kim itirmək istəmir.
    Meyvə çəyirdəklərinin tərkibindən alınan maddə orqanizmdə yaranan xərçəng qəfəslərinə nüfuz edərək onların parçalanaraq yayılmasının qarşısını alır.
    B17 ən mükəmməl və təbii kimyaterapevtik müalicə hesab edilir. O həmçinin ağrıkəsici xüsusiyyətə və maddələr mübadiləsinin yaxşılaşdırılmasına xidmət edir.
    Əvvəllər nənələrimiz gavalı, kişmiş, yaşıl üzüm, almalar, ərik tumunu əzirdilər və onu bir qaba yığıb mütəmadi şəkildə dərman əvəzi istfadə edirdilər. Əslində bu yeni üsul deyil, sadəcə müasir tibb antibiotik və müxtəlif növ kimyəvi tərkibli dərman preparatlarına meyillidir. Təbii metodlardan faydalanmaq nəinki xərçəngin profilaktik müalicəsi üçün eləcə də, bütün növ xəstəliklərin qarşısının alınması üçün vacibdir.
    Yaxşı olardı ki, hər il kimyaterapiyaya xərclənən milyardlarla dollarlar ankoloji xəstəliklərin təbii metodlarla müalicəsinə yönəldilsin.
    Həkim Ernsest deyir ki, bu üsulu bir xəstəsinin üzərində sınaqdan keçirib və nəticə mükəmməl olub. 10 həftə ərzində vitamin B17 ilə müalicə olunan qadın sınaq müalicəsinin sonunda orqanizmdə yaranan şişdən tamamilə qurtulmuşdu. , hansı ki, onun bədənini dağıdırdı, tamamilə yox oldu. Bu təbii yollarla ən ağır xəstəliklərin belə aradan qaldırıla biləcəyini sübut edir.
    Hər zaman sağlam olun!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR