AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ekran qarşısında oturduqca uşaqlarda autizm əlamətləri yaranır”

  • + A
  • - A
  • 25-08-2021, 18:00


    “İki yaşa qədər bir saniyə belə uşaq ekran vasitəsilə bir şey izləməməlidir. İndi bizdə analarda belə trend var ki, guya bəzi cizgi filmləri uşaqları inkişaf etdirir. İnanın ki, iki yaşına qədər bunlara ehtiyac yoxdur”.

    Bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov valideynlərə müraciəti zamanı deyib.

    O qeyd edib ki, ana ilə keçirilən vaxt uşaq üçün daha vacibdir: “Ekran qarşısında oturduqca autizm dediyimiz xəstəliyin əlamətləri əmələ gəlir. Uşaq adama cavab vermir, danışığı dayanır, danışıq mərkəzi sönür, ünsiyyət qırılır. Daha öncə gülən, insanlarla danışan uşaq birdən içinə qapanır. Xüsusilə də uşağa yemək yedirən zaman xahiş edirəm ki, ona ekran vasitəsilə bir şey izlətməyin. Çünki bu, praktikada ən çox görünən problemdir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR