AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AzTV-nin rejissoru və həyat yoldaşı peyvənddən ölüb? - AÇIQLAMA

  • + A
  • - A
  • 26-08-2021, 13:50


    Xəbər verdiyimiz kimi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) rejissoru Arzu Məmmədova (Mövlud) koronavirusdan (COVID-19) vəfat edib.

    Azərbaycan Dövlət Televiziyasının (AzTV) “Ədəbi-dram verilişləri” Baş redaksiyasının rejissoru Arzu Mövludun həyat yoldaşı da da eyni gündə koronavirusdan vəfat edib. Rejissorun həyat yoldaşı əvvəlcə koma vəziyyətinə düşüb və daha sonra xəstəxanada dünyasını dəyişib.

    Həmçinin, sosial şəbəkələrdə dünyasını dəyişən hər iki şəxsin yüksək allergiyadan əziyyət çəkdikləri, lakin vaksinasiya olunduqları iddia olunub. Yüksək allergiya peyvənd üçün əks göstəriş hesab olunur.

    Həqiqətənmi, dünyasını dəyişən adıçəkilən şəxslərin yüksək allergiyası olub və buna baxmayaraq onlara peyvənd vurulub?

    Bununla bağlı Cebhe.info-nun sorğusuna TƏBİB-dən cavab verilib.

    Araşdırma nəticəsində Arzu Məmmədovanın 3 avqust 2021-ci il tarixində ilk doza vaksin üçün müraciət etdiyi və peyvənd olunduğu məlum olub:

    “Daha sonra Arzu Məmmədovanın 23 avqust tarixində PCR testi müsbət nəticə olaraq qeydə alınıb. İlk doza ilə ikinci doza arasında 28 gün müddət gözlənildiyindən Arzu Məmmədova 2-ci doza vaksin vurdurmayıb”.

    Sözügedən qurumdan bildiriblər ki, yalnız hər iki dozanı qəbul etmiş şəxslər vaksin olunmuş sayılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR