AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qan azlığı xəstələrinin sayı açıqlandı

  • + A
  • - A
  • 12-01-2022, 16:11


    “2020-ci ildə Azərbaycanda anemiyalardan əziyyət çəkən 43 188 nəfər qeydiyyata alınıb. Bu isə o deməkdir ki, ölkədə hər 100 min nəfərə 433 belə xəstə düşür”.

    Azadmedia.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib.

    O bildirib ki, bu kifayət qədər böyük rəqəmdir və müraciət edənlərin əksəriyyəti də məhz gənc yaşda olan qadınlardır: “Keçən ilin statistikası isə hələ ki tam yekunlaşmayıb”.

    Nazirlik rəsmisi əlavə edib ki, son zamanlar, yəni 2016-cı ildən 2020-ci ilə qədər anemiyadan əziyyət çəkənlərin sayında azalma müşahidə olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR