Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AÇIQLANDI
Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 7 140 nəfər test edilib.
TƏBİB-dən AzadMedia.az-a verilən məlumata görə, indiyədək ölkədə 980 978 nəfər koronavirusa qarşı test edilib.
Ölkədə 175 yeni yoluxma, 3 ölüm qeydə alınıb.
Qeyd edək ki, indiyədək ölkəmizdə 37 732 nəfər virusa yoluxub, 555 nəfər ölüb, 35 119 nəfər isə sağalıb. Son sutka ərzində 154 nəfərin müalicəsi başa çatdığı üçün evə buraxılıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 2 058 nəfərdir.
Məlumata görə, hazırda reanimasiyada 139 nəfər müalicə alır, 15 nəfər isə süni tənəffüs cihazına qoşulub.