Bir müddət öncə sosial şəbəkələrdə 9 saylı orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdə əl qaldırması ilə bağlı görüntülər yayılıb.
AzadMedia.az xəbər verir ki, Zinyət Əhmədova "İTV Xəbər - Yekun"a açıqlama verib. O, yayılan görüntülərin məsələnin mahiyyətini olduğu kimi açmadığını dilə gətirib. Direktor hadisəni bir ananın tənbehi kimi qəbul edilməli olduğunu bildirib və vəziyyətin əslində necəliyini açıqlayıb.