Dələduzluq edən müavini direktor təyin etdilər - İDDİA
Dələduzluq edən müavini direktor təyin etdilər - İDDİA
Tarix: Bu gün, 08:59 | Çap et
Dələduzluq edən müavini direktor təyin etdilər
Binəqədi rayonunda 297 nömrəli məktəbin təlim-tərbiyə üzrə direktor müavini olan zaman Lalə Quliyeva adlı qadının dələduzluq etməsi ilə bağlı redaksiyamıza məlumat daxil olub.
İddialara görə, o, 60 müəllimdən 60 manatdan pul yığaraq onlara “HBƏT” (Həyati bacarıqlara əsaslanan təlim) sertifikatını verməyi vəd edib.
L.Quliyeva pulu aldıqdan sonra nə sertifikat verib, nə də məbləği geri qaytarıb. Bundan sonra maddi zərər görmüş müəllimlər ərizə yazaraq xanımdan şikayətçi olublar.
L.Quliyevaya cinayət işi açılması tələb olunsa da, qüvvəyə minməyib.
Məktəbdən verilən məlumata görə, direktor müavini öz ərizəsi ilə vəzifəsindən istefa verib. 2017-ci ilin yeni tədris ilində isə onu Abşeron təhsilinə, dəqiq desək 3 nömrəli məktəbə direktor vəzifəsinə təyin ediblər.
Məlumat üçün bildirək ki, L.Quliyeva bir müddət 197 saylı orta məktəbdə Riyaziyyat fənnindən dərs deyib.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxlamağa çalışdıq. C. Valehov zənglərimizə cavab vermədi.
Haqqında iddialar səsləndirilən, hazırda Abşeron rayonu 3 saylı orta məktəbin direktoru Lalə Quliyeva isə məsələ ilə bağlı danışmaq istəmədiyini bildirdi. \\Primetime.az\\