AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İctimaiyyətin və medianın nəzarəti önəmlidir

  • + A
  • - A
  • 18-01-2022, 10:38

    İctimaiyyətin və medianın nəzarəti önəmlidir

    Millət vəkili Ceyhun Məmmədovla Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə zamanı söylədiyi fikirləri müzakirə etdik. Azadmedia.az Milli Məclisin deputatı Ceyhun Məmmədovun görüş barədə fikirlərini təqdim edir:
    "Prezident İlham Əliyev yerli kanallara müsahibəsində bir çox vacib məsələlərə toxundu. Möhtərəm Prezidentimizin toxunduğu məsələlərdən biri də məmurların fəaliyyəti ilə bağlı idi. Cənab Prezident bir daha bütün məmurlara ciddi xəbərdarlıq etdi, neqativ hallara yol verməməyi xüsusi tapşırdı, onların fəaliyyətinə həm ictimai, həm də media nəzarətinin olmasının əhəmiyyətini xüsusi vurğuladı. Bu baxımdan Prezident Administrasiyası ilə yanaşı ictimaiyyətin və medianın da dövlət qurumlarının və məmurların fəaliyyətinə nəzarəti önəmlidir.
    Cənab Prezident qeyd etdi ki, o, bir sıra məlumatları mediadan alaraq müəyyən tapşırıq və göstərişləri verir. Bu həm də Prezidentin cəmiyyətdə gedən prosesləri xüsusi diqqətdə saxladığının, onlara həssas münasibətinin göstəricisidir.
    Media işçiləri zaman-zaman cəmiyyətdə, dövlət qurumlarının fəaliyyətində müşahidə olunan neqativ hadisələri müşahidə edərək obyektiv işıqlandırımalı öz reaksiyasını verməlidir. Bu təkcə bir qurumun deyil, həm də cəmiyyətin üzərinə düşən mühüm vəzifədir. Cəmiyyət özü də bu kimi məsələlərdə çox həssas olmalıdır və yeri gəldikcə öz reakiyasını verməlidir. Bununla cəmiyyətdə gedən proseslərə həm ictimaiyyətin, həm də medianın nəzarətini təmin etmiş olarıq".
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR