Rusiya fevralın bu gündən etibarən "Facebook"a girişi qismən məhdudlaşdırmaq üçün tədbirlər görəcək.
Bu barədə “Roskomnadzor”dan bildirilib.
Qurumdan əlavə ediblər ki, Baş Prokurorluq Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla sosial şəbəkənin ölkə vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasında əli olduğunu müəyyən edib.
Qeyd edək ki, bir gün əvvəl “Facebook” “RİA Novosti” səhifəsinə məhdudiyyətlər qoyub. Bundan əlavə, dörd Rusiya media orqanının – “Zvezda”, “RİA Novosti”, “Lenta.ru” və “Gazeta.ru”nun materialları senzuraya məruz qalıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.