Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 243 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 22 591 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1152, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1847, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 18 460, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1132 nəfərdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.