AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Afətdən Xalq artistinə AĞIR İTTİHAM: "Ömrü məhkəmələrdə keçib" - FOTO

  • + A
  • - A
  • 2-04-2022, 17:00



    Müğənni Afət Frmanqızı sosial şəbəkədə məhkəməlik olduğu Xalq artisti Flora Kərimova ilə bağlı paylaşım edib.

    Sənətçi instaqram hesabında Flora Kərimovanın bu günə qədər məhkəməyə verdiyi şəxslərdən yazıb. O, yerli mətbuatda dərc olunan həmin xəbərlərin başlığınının fotosunu paylaşıb.

    Fərmanqızı Xalq artistinin bu günə qədər çoxsaylı məhkəmələrdə uduzduğunu və yenə də qalib gələ bilməyəcəyini deyib:

    "Baxın, bu yaşda insanın etdiyi işlərə. Faiq Ağayev, Röya Ayxan, İlhamə Quliyeva, Ülviyyə Alovlu, sosial şəbəkə istifadəçisi gənc bir xanım ve indi də mən. Neticədə isə hələ heç kimin üzr istədiyi və ya cəza aldığını görmədik.

    Əksinə, Faiq bəyin ve İlhamə xanımın məhkəməni udduğunu bildik. Ülviyyə xanımla bağlı isə proses hələ də davam edir. Məndə də görməyəsisən! Çünki qanun şahdır. Bunun ömrü-günü məhkəmələrdə keçib. Hələ bildiklərimiz bunlardır".

    Qeyd edək ki, Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunmasını tələb edir. İkili arasında ötən ay keçirilən məhkəməyə Flora xanım gəlsə də, Fərmaqnızı bu prosesdə iştirak etməyib./BAKU.WS/

    Afətdən Xalq artistinə AĞIR İTTİHAM: "Ömrü məhkəmələrdə keçib" - FOTO


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR