Azərbaycanda bu şəxslərə 5 min manat veriləcək — QƏRAR
Akademiyanın Rəyasət Heyətinin qərarına əsasən, 35 yaşına kimi "elmlər doktoru" elmi dərəcəsi alan şəxslərə 5000 manat pul mükafat veriləcək”.
"Ölkə.Az"ın APA-ys istinadən xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse - prezidenti, akademik Dilqəm Tağıyev "Müasir elm - gənclərin baxışı ilə" adlı elmi - praktik konfransda deyib. Akademik bildirib ki, Azərbaycanda 140-a qədər elmi müəssisə fəaliyyət göstərir. Onlardan 40-ı Akademiyanın payına düşür.
D. Tağıyev qeyd edib ki, dünyada 7,8 milyon insan elmi-tədqiqatla məşğul olur. Onların sayı son 10 ildə 20% artıb.