AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

«Əsgər getməyənə qız verməyin» deyən Əli Həsənovun nəvəsi əsgər getməyib — ÖZÜNÜİFŞA

  • + A
  • - A
  • 24-11-2017, 14:10

    «Əsgər getməyənə qız verməyin» deyən Əli Həsənovun nəvəsi əsgər getməyib — ÖZÜNÜİFŞA













    Bir müddət öncə hərbi xidmətdə olmayanlara qız verməməyi tövsiyə edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsinin hərbi xidmətdə olmaması faktının üstü açılıb.
    “Ölkə.Az”-ın məlumatına görə, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda “Gelandawagen” markalı avtomobillə qəza törətmiş Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin cinayət işi üzrə keçirilən məhkəmə iclasında məlumat verilib.

    Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, Nail Allahverdiyev 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. O bildirib ki, evlidir, ali təhsillidir, əvvəllər məhkumluq həyatı yaşamayıb, həbs olunana qədər işləməyib və hərbi xidmətdə olmayıb.

    N.Allahverdiyevin vəkilləri iclasda heç bir vəsatət vermək istəmədiklərini söyləyib.

    Məhkəmənin baxış iclası dekabrın 1-nə təyin edilib.
    Xatırladaq ki, 2017-ci ilin martında Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə müsahibəsində hərbi xidmətdə olmayanlara qız verməməyi tövsiyə edib.

    Həmin vaxtı Əli Həsənov iştirak etdiyi “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası” (Ağdam şəhərinin timsalında) adlı layihənin təqdimatı zamanı indiki gənclərin vətənpərvərlik ruhunda böyüməsini vacib hesab edib:

    “Bu gün elə dövrə gəlib çatmışıq ki, yalnız milli ruhda böyümək kifayət etmir. 2014-cü ildə məcburi köçkün uşaqlarının hərbi təhsil alması ilə bağlı araşdırma apardıq və nəticədə xoşagəlməz mənzərə ilə qarşılaşdıq. Bütün işğal olunmuş rayonlardan hərbi ali məktəblərdə cəmi 30 gənc təhsil alırdı. Bu barədə prezidentə məruzə edərək nəticələrin aradan qaldırmaq üçün icazə istədik. Təhsil Nazirliyi ilə birlikdə görüş keçirildi. Hətta məcburi köçkün ailələrinə müraciət etdim ki, hərbi xidmətdə olmayan və fərarilik edənlərə qız verməyin. Sənin torpaqların işğal olunubsa və sən hərbi təhsil almaq istəməyib fərarilik edirsənsə, bu, yolverilməzdir. Türkiyədə vətənpərvərlik sevgisi çox böyükdür. Odur ki, gözəl nümunə yanımızdadır. Bu gün ölkədə fərariliyin səviyyəsi aşağı düşüb. Ən qeyrətli və vicdanlı oğullarımız şəhid olur”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR