Yasamal rayonu, Əsəd Əhmədov küçəsində magistral su kəmərində baş vermiş qəza aradan qaldırılıb. "Azərsu" ASC-dən Azadmedia.az-a verilən məlumata görə hazırda kəmərin su ilə doldurulması və qazılmış.ərazidə yol yatağının bərpası işləri aparılır. Bu müddətdə mərkəzi və məhəllədaxili anbarlardakı su ehtiyatı hesabına əhali normal qaydada içməli su ilə təmin olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.