Hamiləlik zaman qadınların dadlara olan həssaslığının dəyişməsi onların psixoloji vəziyyətləri ilə əlaqədar olur. Onlarda müxtəlif qidalara olan meyilliyin yaranmasının səbəbi qadınların daima nə yeyəcəkləri və qidalanmaları barədə düşünmələridir. Hamilə qadın daima iki nəfərin əvəzinə yediyini düşünərək, fikrini qidalanma rasionuna daha çox yönəltdir. Bu zaman da onun ağlına dadlı qidalar düşür. Ən çox da gənc analar bu barədə daha çox düşünürlər. Əslində qida qəbul edərkən iki nəfərin yerinə yemək lazım deyil. Çünki bu qadının hamiləlik dövründə çəkisinin artmasına səbəb olur və hamilə qadının sonuncu aylayda vəziyyətinin ağırlaşmasına gətirib çıxarır.
Hamiləlik dövründə un məmulatlarından, şirniyyatlardan və yağlı qidalardan çox istifadə etmək lazım deyil. Hətta hamiləlik dövrndə qadınlara çiy süd, əti tam bişməyən yeməklər (suşi, steyk və s.) məsləhət görülmür. Tam bişməmiş qidalar hamilə qadının orqanizminin bakteriyalarla zəhərlənməsinə səbəb ola bilər.
Hamilə qadının qəbul elədiyi bütün qidalara diqqətlə yanaşmaq lazımdır. Onun qəbul elədiyi qidalar tam bişməli, boyat olmamalı, yaxşı isinməli, meyvə-tərəvəzlər diqqətlə yuyulmalıdr. Bunlar hamısı gələcək ananın xəstəliklərə yoluxmaması üçün vacib sayılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.