Çay yataqlarında 97 müəssisənin fəaliyyəti ləğv edilib.
Ölkə ərazisində 134 qum-çınqıl yatağı mövcuddur. Əsasən şimal bölgəsində -Quba, Qusar, Xaçmaz, həmçinin İmişli, Lənkəran, Tərtər rayonunun ərazisində yerləşir.
Azadmedia.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında növbəti mətbuat konfransı zamanı Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə heyətinin sədr müavini Elçin Məcidov bildirib.
Onun sözlərinə görə Agentliyin fəaliyyəti dövründə İmişli, Quba, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Lənkəran rayonları ərazisindən keçən çay yataqlarında 97 müəssisənin fəaliyyəti ləğv edilib. Bunlardan 49-u Quba, 21-i İmişli, 9-u Tərtər rayonu ərazisindəki müəssisəlrdir.
Ümumilikdə respublika üzdə 51 qum-çınqıl yatağında 128 istismarçının icazə sənədi qüvvədədir. Bunlardan 46- na Agentlik tərəfindən 2021-2022 ci illərdə hərrac vasitəsilə icazə sənədi verilib. Hərracda qalib olanlardan 10-u Quba və Qusar rayonları üzrə istismar işləri aparır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.