"Sosial şəbəkələrdə insan hüquqlarının qorunması vacib məsələlərdən biridir. Bununla bağlı geniş müzakirələr aparılmalıdır".
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşiroğlu deyib.
O bildirib ki, sosial şəbəkələri tənzimləyən qanunvericilik olmalıdır:
“Yaxın gələcəkdə sosial şəbəkələrlə bağlı qanun layihəsi hazırlananda tənqidlər olmamalıdır. Bu istiqamətdə cəmiyyətin sifarişini müəyyən edən və sosial şəbəkələri tənzimləyən layihə hazırlanmalıdır. Çünki sosial şəbəkələr cəmiyyətimizin gələcəyinə böyük zərbə vurur. Sosial şəbəkələrdə azyaşlı uşaqlarla bağlı videolar adamı dəhşətə gətirir. Bu məsələləri ciddi şəkildə müzakirə etməliyik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.