Azərbaycanla İran arasında Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında Anlaşma Memorandumu təsdiq edilib
Prezident İlham Əliyev Azərbaycan Energetika Nazirliyi ilə İranın Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.
Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.
Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Qeyd edək ki, Anlaşma Memorandumu 2018-ci il martın 28-də Bakıda imzalanıb.