Bu ilin may ayında Azərbaycan sabit genişzolaqlı internetin sürətinə görə 181 ölkə arasında 116-cı yerdə qərarlaşıb. Orta yükləmə sürəti 29,14 Mbit/s təşkil edib. Speedtest Global Index-in məlumatına görə, Azərbaycanın mövqeyi dəyişməz qalıb.
Sabit genişzolaqlı internet sürətinə görə Sinqapur birinci (242,35 MB/s), Kuba isə sonuncu (1,93 MB/s) olub.
May ayında Azərbaycan mobil internetin sürətinə görə 3 pillə irəliləyərək 140 ölkə arasında 55-ci (40,97 MB/s) yerdə qərarlaşıb.
Mobil operatorlar siyahısında birinci yerdə BƏƏ (181,79 MB/s), Əfqanıstan isə sonuncu yerdədir (4,3 MB/s).
Bundan əlavə, may ayında Bakı şəhəri mobil internet sürətinə (43,08 MB/s) görə iki pillə irəliləyərək 172 şəhər arasında 72-ci yerdə qərarlaşıb. Mobil internet sürətinə görə Dubay birinci yerdədir - 207,35 MB/s, sonuncu - Sudanın paytaxtı Xartum - 1,07 MB/s.
Sabit genişzolaqlı internetin sürətinə görə Azərbaycanın paytaxtı bir pillə geriləyərək 137-ci yerdə (31,27 MB/s) qərarlaşıb.
Sabit genişzolaqlı internetlə şəhərlərin reytinqinə 190 şəhər daxil edilib. Siyahıya Çinin paytaxtı Pekin başçılıq edir (268,09 MB/s), Havana isə sonuncu yerdədir (1,83 MB/s).
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.