AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

”Bura nazirlik deyil, şəxsi mənzildir” - GİLEY

  • + A
  • - A
  • 17-05-2018, 10:41

    ”Bura nazirlik deyil, şəxsi mənzildir” - GİLEY















    Gəncə sakini, şəhid ailəsinin üzvü Tural Süleymanlı redaksiyamıza ünvanladığı məktubda yazır ki, ailəsi ölkə prezidentinin ərazi bütövlüyü uğrunda həlak olan, ölən və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə öldüyü elan edilən hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı həmin ailələrə 11 min manat verilməsi haqda verdiyi fərmanla əlaqədar Gəncə Dövlət Sosial Müdafiə Fonduna müraciət edib, amma fonddan bildiriblər ki, fərmanın icrası ilə bağlı onlara heç bir təlimat gəlməyib.

    Bu məsələni araşdırmaq məqsədilə bu gün səhər saat 10-dan axşam 17.00-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, DSMF-nun, eləcə də fondun şəhər filiallarının bütün nömrələrinə zəng vursaq da, heç bir nömrədən cavab ala bilmədik. Yalnız 17.10-da nazirliyin aparat rəhbərinin müavini (541 97 10) zəngimizə cavab verdi, amma: ”Bura nazirlik deyil, şəxsi mənzildir”, - deyib dəstəyi asdı və bu hərəkəti ilə bizi çox təəccübləndirdi.

    Təbii ki, əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayevin vəzifəsinə yenicə təyin olunduğunu və Səlim Müslümovla başına yığdığı qohumlarının sayəsində qurd yuvasına dönmüş nazirlikdə ciddi təmizləmə və kadr islahatları aparılmasının zəruriliyini anlayırıq. Yeni nazirin işinə irad tutmaq fikrindən də uzagıq, çünki işin düzənə salınmasına bəlli bir vaxt lazım olduğunu bilirik.

    Amma bununla bərabər, düşünürük ki, vətəndaşların sual, təklif və iradlarının dinlənilməsi üçün nazirlikdə ən azından ictimaiyyətlə əlaqələr şöbəsinin işi artıq tənzimlənməli idi.

    Qurumla birbaşa əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz qaldığına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, eləcə də DSMF-nun əməkdaşlarına buradan səslənirik və onlardan bizimlə əlaqə saxlayıb bu məsələyə aydınlıq gətirmələrini xahiş edirik.
    Hurriyyet.org


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR