AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İtkin düşən yol polisinin taleyi necə olacaq? - DİN-dən açıqlama

  • + A
  • - A
  • 6-02-2017, 09:22

    Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Növbətçi hissəsinin sürücü-polis nəfəri Əliş Kərimovun ona təhkim olunmuş xidməti avtomobili idarənin yaxınlığında yol kənarında saxlayaraq öz rəhbərliyinə xəbər vermədən yoxa çıxdığı və sonradan tapıldığı barədə xəbər vermişdik.

    ”Qafqazinfo”nun məlumatına görə, Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov virtualaz.org-a bildirib ki, böyük ehtimalla DYP əməkdaşı Əliş Kərimov yol verdiyi səhlənkarlığa görə işdən çıxarılacaq.

    Qeyd edək ki, DYP əməkdaşının böyük məbləğdə borclu olduğuna görə gizləndiyi bildirilir. Onun qumar oyunlarında uduzduğu iddia olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR