AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Təxribata çağırış edənlər haqqında tədbir görürük" — Ramil Usubov

  • + A
  • - A
  • 5-07-2018, 11:23

    "Təxribata çağırış edənlər haqqında tədbir görürük" — Ramil Usubov














    “Hadisə baş verəndən sonra dərhal Sizin tapşırığınızı rəhbər tutaraq göstəriş verdim ki, biz fövqəladə hallarda hansı hərəkəti etməliyik. Daxili İşlər Nazirliyi olaraq digər qurumlarla birlikdə asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlər işlədik hazırladıq və həyata keçirməyə başladıq”.
    Bunu bu gün daxili işlər naziri Ramil Usubov prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar müşavirədə bildirib.
    Daxili işlər naziri deyib ki, təqribən 30 min nəfərin təxliyə olunmasında Fövqəladə Hallar Nazirliyi ilə birgə iştirak ediblər: “Eyni zamanda, avtobusların vətəndaşlarımızı evlərinə aparmasında da yol polisi onları müşayiət etdi. Hərəkətin təhlükəsizliyi ilə bağlı Dövlət Yol Polisi ilə bərabər Post Patrul Xidmətinin 150 nəfər əməkdaşını da Bakı şəhərində bu işə cəlb etdik və normal hərəkət təmin olundu. Bundan sonra dövlət əhəmiyyətli obyektlərin, diplomatik korpusların yerləşdiyi ərazilərin qorunması da tərəfimizdən gücləndirildi. Məruzə edirəm ki, elektrik enerjisinin olmaması ilə bağlı bu iki gündə elə bir ağır cinayət hadisəsi baş verməyib. Bu gün ölkəmizdə vəziyyət tam nəzarət altındadır. Bəzi təxribata çağırışlar olur, cənab Prezident, həmin adamları da biz müəyyənləşdiririk və qanun çərçivəsində onlar haqqında tədbir görülməsi davam etdirilir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR