AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

““Avto kreslo” söhbətini yuxuda görüblər...”

  • + A
  • - A
  • 18-02-2017, 11:28

    ““Avto kreslo” söhbətini yuxuda görüblər...”

















    “Uşaq üçün xüsusi oturacaq söhbətini gecə yuxusunu qarışdıranın biri ortalığa atdı. Biz də dərhal münasibət bildirdik ki, belə bir yenilik yoxdur. Məncə, söhbət bitməliydi”.

    “Qafqazinfo” xəbər verir ki, bunu ekspert Ərşad Hüseynov maşınlarda uşaq oturacaqlarının qoyulması məsələsinə yenidən aydınlıq gətirərkən deyib.

    Onu sözlərinə görə, qanunvericilikdə bu mövzuda heç bir yenilik yoxdur, yaxın gələcəkdə də gözlənilmir. Hazırkı vəziyyət də belədir:

    1. Yalnız minik avtomobilində qabaq sərnişin yerində 12 yaşadək uşağı xüsusi oturacaq olmadan tək və ya böyük adamın qucağında aparmağa görə sürücü 60 manat cərimə olunur və ona 3 cərimə balı tətbiq edilir. Bu, sovet dövründən belədir (sadəcə cərimə məbləği dəyişib).

    2. Minik avtomobilinin arxa oturacaqlarında uşaqların xüsusi oturacaqda daşınması məcburi deyil. Deməli, xüsusi oturacaq olmadan arxa oturacaqda tək uşaq aparmağa, yaxud böyüklərin qucağında uşaq aparmağa görə heç kəs məsuliyyətə cəlb edilə bilməz.

    3. Nə yük avtomobilində, nə də avtobusda (o cümlədən mikroavtobusda) yaşından asılı olmayaraq uşağın xüsusi oturacaqda daşınması məcburi deyil. Özü də istər yük avtomobilinin və mikroavtobusun qabaqdakı oturacaqları olsun, istərsə də salondakı fərq etmir:

    4. Minik avtomobilinə dair 1-ci bənddə yazdığım tələb eynən taksilərə də aiddir, çünki bütün taksilər minik avtomobilləridir.

    Bu söhbəti kim başqa cür yozmağa çalışırsa, onun qanundan xəbəri yoxdur. Xahiş edirəm, hər adamın danışdığını ciddi qəbul etməyəsiniz. Hər şeyin cavabı qanundadır, qanundan kənar danışılanlar nağıldır.
    Əcnəbi mütəxəssislərin ağzından eşitdikləri sözdən təəccüblənib təşvişə düşən və qanundan xəbərsiz olaraq "əməli fəaliyyətə" başlayanlara isə tövsiyə edirəm ki, qanunları və həmin qanunlara dair kitabları oxuyun. Bunlar sizin çörək ağacınızdır. Məsələn, uşaqların avtomobillərdə daşınması ilə bağlı bizim qanunvericilikdə problemlərin olduğunu və onların necə aradan qaldırıla bildiyini bir neçə il əvvəl dərc etdirdiyim kitabda ətraflı yazmışam. Hərdən onları da vərəqləyin”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR