Türkiyədə meşə yanğınları nəticəsində azı 183 nəfər xəsarət alıb.
AzadMedia.az “Haber61”ə istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdemirli deyib. Məlumata görə, hazırda 15 nəfər xəstəxanada müalicə alır, digərləri evə buraxılıb, 3 nəfər isə dünyasını dəyişib.
Qeyd edək ki, Manavqatda başlayan yanğınlar Bodruma da yayılıb. Otellərdəki turistlər təxliyyə edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.