AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Caliber”: Sadəcə müharibədən daha artıq... - VİDEO

  • + A
  • - A
  • 19-03-2021, 15:40


    “Caliber”in “Youtube” hesabında layihənin növbəti təhlili paylaşılıb.

    Layihə müəllifləri videoda Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın kürəkəni Mikael Minasyanın sərsəm bəyanatlarına faktlarla cavab verib.

    Minasyanın “onların xalqa çevrilmək üçün qələbəyə ehtiyacı var idi, Nikol Paşinyan bizdən milli arzumuzu aldı və Azərbaycana hədiyyə etdi”, “Azərbaycanlılar qələbənin dadını hiss etdilər” kimi fikirləri ətraflı təhlil edilib və sonda Serj Sarqsyanın kürəkəninə layiqli cavab verilib.

    “Caliber” Minasyanın sərsəm bəyanatında yalnız “qələbənin dadının hiss edilməsi” hissəsində həqiqət payının olduğunu da xüsusilə vurğulayıb.

    Videoda həmçinin Azərbaycan və Ermənistan dövlətçiliyi bir-biri ilə rəqabət aparan iki milli layihə kimi təhlil edilib və Azərbaycan dövlətçiliyinin üstün olması sübuta yetirilib.

    Burada ötən əsrin əvvəllərindən 90-cı illərin əvvəllərinə qədər iki xalqın sahib olduğu imkanlar müqayisə edilib. Uzun illər ərzində daha geniş və hərtərəfli imkana sahib olan ermənilərin Sovet Azərbaycanında daha yaxşı mövqeyə sahib olduqları vurğulanıb. Həmin dövr ərzində azərbaycanlıların sovet Ermənistanında imkanları və mövqeləri daha zəif olub.

    Azərbaycan xalqının tarixən qarşılaşdığı bir çox çətinliyə baxmayaraq, ümummilli lider Heydər Əliyev kimi siyasətçiyə sahib olması isə xüsusilə qeyd olunub.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR