İSRAİL VƏ HƏMAS ATƏŞKƏSİN NÖVBƏTİ MƏRHƏLƏSİNİ MÜZAKİRƏ EDƏCƏK
Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Vitkoff “Qəzzada razılaşma tapmaq” üçün bölgəyə səfər edə bilər.
AzadMedia.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Qəzzaya səfər edə bilər.
Vitkofun atəşkəsin qorunması üçün aparılan danışıqlar çərçivəsində bu həftə sonu bölgəyə səfər edə biləcəyi gözlənilir
Witkoff Vaşinqtonda keçirilən Amerika Yəhudi Komitəsinin tədbirindəki çıxışında həmçinin atəşkəs razılaşmasının növbəti addımlarını müzakirə etmək üçün yaxın günlərdə Doha və ya Qahirəyə bir heyət göndərəcəyini də bildirib.
Diplomatiyanı gücləndirmək üçün bölgəyə qayıtmağa hazır olduğunu vurğulayan Witkoff, "Biz çox irəliləyiş əldə edirik. Bu danışıqlar yaxşı keçsə, bazar günü bölgəyə gedə bilərem" deyə qeyd edib.
Witkoff yeni danışıqların əsas məqsədinin daha çox girov və məhbusların azad edilməsinə yönlənəcəyini də bildirib.
bir neçə gün öncə isə İsrail mediası “Stiv Vitkoffun Qəzzaya səfərinin baş tutmayacağı barədə məlumat vermişdi.
Qeyd edək ki HƏMAS radikal hərəkatı İsrail ilə fevralın 22də baş tutmayan son əsir mübadiləsini həyata keçirəcəyi barədə açıqlama yayıb. Belə ki İsrail nəzərdə tutulmuş 600 fələstinli məhbusu azad etməyə razııq verib. HƏMAS yalnız məhbuslar azad olunandan sonra yeni danışaqların baş tutacağını bildirib.