AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Göygöl rayonunda şəhid ailələri ilə görüşdük

  • + A
  • - A
  • 16-07-2025, 09:59

    Göygöl rayonunda şəhid ailələri ilə görüşdük

    “Şəhid ailələri ilə iş” adlı layihənin hədəf qrupuna daxil edilən insanlar Azərbaycanın ərazi bütövlüyü, dövlətçiliyinin qorunması uğrunda gedən döyüşlərdə şəhid olmuş Azərbaycan övladlarının ailə üzvləriilə 13 iyun 2025-ci il tarixində Göygöl şəhərində görüşdük. Görüş Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024- cü ildə elan etdiyi Orta Qrand müsabiqəsində qaliblərdən biri də Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin “Şəhid anaları ilə iş” adlı layihənin icrası məqsədi ilə keçirildi. Tədbirdə 35 nəfərdən çox insan iştirak etdi.. İştirakçılardan 28 nəfəri şəhid ailəsi və qazilər idi.
    Layihə rəhbəri Radə Abbas şəhid ailələrini salamladı, şəhidlərin xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə anıldı və Azərbaycan Respubikasının Dövlət Himni səsləndirildi. Şəhid ailələri çıxış etdilər. Öz problemlərini söylədilər. Dərləşdilər və bizə də minnətdarlıq etməyi unutmadılar.
    Qarabağ Qazilərinə Qayğı İctimai Birliyinin Göygöl rayon şöbəsinin sədri Araz Abbasov, Göygöl RİHB Aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi Sadiq Abbaszadə, Telli Sənəm jurnalının şöbə müdiri Əşrəfova Nailə Nübar ağaəli qızı çıxış edərək şəhid ailələrinə göstərilən qayğıdan danışdılar. Layihəmizin Göygöl rayonunda keçirildiyinə görə öz minnətdarlıqlarını bildirdilər. Layihəmiz adından şəhid ailələrinə hədiyyələr verildi. Tədbirimizin təşkilinə köməklik edə insanlara təşəkkürnamələr təqdim edildi
    1992-ci ildən bu günə qədər Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş soydaşlarımızın unudulmaması üçün müxtəlif səpkili tədbirlər keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. çünki şəhidlər arasında fərq qoyulması, birinci, ikinci qarabağ müharibəsiadı altında şəhid ailələrini iki hissəyə bölməyin acı nəticələri artıq mövcuddur. Bu kimi halların qarşısının alması lazımdır. Şəhid ailələrinin qayğı ilə əhatə edilməsinə olan ehtiyacın qismən ödənilməsinə çalışırıq.

    Layihə rəhbəri, MVQSYİB-nin sədri Radə Abbas





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR