AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SUSMAQ HEÇ DƏ HƏMİŞƏ YAXŞI ƏLAMƏT DEYİL...

  • + A
  • - A
  • 4-01-2025, 15:38

    SUSMAQ HEÇ DƏ HƏMİŞƏ YAXŞI ƏLAMƏT DEYİL...

    İbrahim Cəfərov,
    Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru


    Mən siyasətçi deyiləm, amma mən Azərbaycan deyilən bir ölkənin vətəndaşıyam, əgər mənim ölkəmə qarşı hansı isə təhdidlər varsa onun qarşısındayam, çünki ölkəmi, məmləkətimi sevirəm, dövlətimə və Prezidentimə sadiqəm. Sadiqəm ona görə ki, ölkəm yenidən qurulur, işğaldan azad olunan ərazilərdə böyük işlər aparılır, kəndlər, qəsəbələr, şəhərlər salınır, insanlara dövlət hesabına tikilən evlər verilir, insanlar yerləşdirilir Bu məsələnin dünyada analoqu yoxdur, dövlət öz hesabına xəstəxana, bələdiyyə və icra nümayəndəliyi, məktəb, mədəni maarif müəssisələri tikə bilər, bizim dövlət bütün bunlarla yanaşı insanlara fərdi evlər də tikib verir, bəli, bunun analoqu yoxdur.
    Əslində bunları yada saldım, məqsədim başqadır. Son zamanlar həmişə olduğu kimi İranın mərsiyə məclislərində Azərbaycan, onun dövlət rəhbəri haqqında əks təbliğat aparılır, təhqiramiz ifadələr işlədilir, ölkəmizə qarşı hədyanlar yağdırılır, bu vəziyyətdə təkcə dövlətmi bu anormal hallara qarşı mübarizə aparmalıdır? Hanı bu ölkənin din xadimləri, ziyalıları, məmurları, hanı bu ölkənin ən sadə vətəndaşları? Bizi məscidlərdə söyürlər, amma qardaşları Ermənistan bizim məscidlərdə donuz saxlayanda səslərini çıxarmırdılar, nə üçün bizim dindarlar susur? Susmaq yaxşı əlamət deyil, deyilənin cavabı verilməlidir, onlar yerinə otuzdurulmalıdır. Bu gün İran məscidlərində mərsiyə məclislərində mənim Prezidentimin adını çəkənlər Onun kəsilib atılan dırnağı da deyillər. Azərbaycan ziyalıları, MM deputatları, bu ölkəni sevənlər, bu ölkədən qidalananlar, susmayın, susmaq heç də həmişə yaxşı əlamət deyil.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR