AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ İsrailə 8 milyard dollarlıq silah satmağı planlaşdırır

  • + A
  • - A
  • 4-01-2025, 16:21

    ABŞ İsrailə 8 milyard dollarlıq silah satmağı planlaşdırır

    Azadmedia.az CNBC-yə istinadən xəbər verir ki, Bayden administrasiyası Konqresə İsrailə 8 milyard dollarlıq silah satmaq niyyəti barədə məlumat verib.
    Sövdələşmə Nümayəndələr Palatasının və Senatın komitələri tərəfindən təsdiqlənməlidir ki, bu da qırıcılar və hücum helikopterləri, eləcə də artilleriya mərmiləri üçün sursatları nəzərdə tutur. Paketə həmçinin kiçik diametrli bombalar və döyüş başlıqları da daxildir.

    Bayden administrasiyası bəyan edir ki, o, müttəfiqinə Qəzza zolağında Həmas, Livanda Hizbullah və Yəməndə Husilər kimi İran tərəfindən dəstəklənən qruplardan özünü müdafiə etməkdə kömək edir.

    Avqustun əvvəlində ABŞ İsrailə 20 milyard dollar dəyərində qırıcı və digər hərbi texnikanın satışını təsdiqləmişdi.

    Beynəlxalq tənqidlərə baxmayaraq, Vaşinqton münaqişədə İsraili dəstəkləməkdə davam edir, nəticədə Qəzzanın 2,3 milyona yaxın sakini evlərini tərk etmək məcburiyyətində qalıb. Qəzzanın Səhiyyə Nazirliyi ölənlərin sayının 45 mindən çox olduğunu təxmin edir.

    Diplomatik səylər İsrailin Qəzza zolağında 15 aydır davam edən müharibəsinə son qoya bilməyib.

    Demokrat Joe Biden cari ilin yanvarın 20-də vəzifəsini tərk etməlidir, lakin onun varisi, seçilmiş prezident respublikaçı Donald Tramp da İsrail tərəfdarıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR