AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yolların sürüşkən olması səbəbindən qəzalar baş verib - Tıxac olan küçələr

  • + A
  • - A
  • 25-02-2025, 00:02

    Yolların sürüşkən olması səbəbindən qəzalar baş verib  - Tıxac olan küçələr

    Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatı

    Hal-hazırda paytaxtın bəzi küçə və prospektlərində yolların sürüşkən olması səbəbindən qəzalar baş verib və nəqliyyat sıxlığı yaranıb. Yaranan sıxlığın aradan qaldırılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

    1. Sabunçu rayonu, Aeroport şosesi, Hava limanı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;
    2. Nizami rayonu. Mikayıl Əliyev küçəsi, "Milli Gimnastika Arenası"nın yaxınlığı, “Koroğlu” m/st istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;
    3. Nərimanov rayonu, Heydər Əliyev prospekti, köməkçi yol, "Bağırov” körpüsü, mərkəz istiqamətində, sıxlıq yaranıb;
    4. Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Qara Qarayev prospekti istiqamətində sıxlıq yaranıb;
    5. Yasamal rayonu, Tbilisi prospekti, körpü, “20 Yanvar” dairəsi, mərkəz istiqamətində sıxlıq yaranıb;
    6. Nərimanov rayonu, Ziya Bünyadov prospekti, "Çermet" körpüsü, hər iki istiqamətdə sıxlıq yaranıb.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR