MAGİSTRAL SU XƏTTİNDƏ BAŞ VERƏN QƏZA ARADAN QALDIRILIB
Xəbər verdiyimiz kimi, paytaxtın Nərimanov rayonu üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə bağlı rayonun bəzi ərazilərində suyun verilməsində fasilə yaranıb.
Məlumata əsasən, fevralın 25-i günün ikinci yarısından sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.
AzadMedia.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsə yeni mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu problemin aradan qaldırıldığını deyib. O, Facebook səhifəsində bu barədə yazıb:
“Magistral su xəttində baş verən qəza tez bir zamanda aradan qaldırıldı.
Əziz həmkarlar, Nərimanov rayonu üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəza aradan qaldırıldı. İşlərə dünən başlanılmışdı.
Əməkdaşlarımızın yüksək peşəkarlığı sayəsində problem günün birinci yarısı həll olundu”.