AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağdərənin Həsənriz kəndinə ilk köç oldu

  • + A
  • - A
  • Bu gün, 14:47

    Ağdərənin Həsənriz kəndinə ilk köç oldu


    Bu gün 25 ailədən ibarət 91 nəfər Ağdərə rayonunun Həsənriz kəndinə köçdü.

    Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ailələrə mənzillərin açarlarının təqdim edilməsi mərasimində, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, mətbuat nümayəndələri və digər şəxslər iştirak ediblər.

    Ailələri qarşılayan Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Ağdərə rayonunun Həsənriz kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr doğma torpaqlarına mərhələli şəkildə köçürüləcək. Bu gün Ağdərənin Həsənriz kəndinə ilk köç həyata kecirilib.

    Doğma yurda qayıdan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

    Sonda kəndə köç edən ailələr mənzillərini təhvil alıb və öz evlərində məskunlaşıblar.
    Qeyd edək ki, kənd elektrik enerjisi, içməli su və təbii qazla təmin edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR