AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“815” Çağrı Mərkəzinə yanvar-fevral ayları üzrə 22 mindən çox zəng daxil olub

  • + A
  • - A
  • 12-03-2025, 11:57

    “815” Çağrı Mərkəzinə yanvar-fevral ayları üzrə 22 mindən çox zəng daxil olub


    2025-ci ilin yanvar və fevral ayları ərzində TƏBİB-in “815” Çağrı Mərkəzinə ümumilikdə 22 323 zəng daxil olub.
    Müraciətlərdən 21 535 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 788 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 348 müraciətlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 383 müraciətlə bağlı məsələ həll edilib, 58 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.
    Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.
    Qeyd edək ki, TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təmin edilməsidir.
    Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi (https://tabib.gov.az/vetendashlar-ucun/elektron-muraciet), eləcə də info@tabib.gov.az elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR