Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov son günlər sosial mediada yeni görüntüləri ilə gündəmə gəlib. Nazirin xeyli çəki itirməsi və sağlam görünüşü izləyicilər tərəfindən müsbət qarşılanıb. Sosial şəbəkə istifadəçiləri Məcnun Məmmədovun iradəsini və özünə nəzarətini təqdir ediblər. Nazir həmçinin kənd təsərrüfatı sektorunda islahatlarla, fermerlərlə açıq ünsiyyəti və dəstək tədbirləri ilə tanınır. Nazirliyin rəsmi səhifəsini izləyəndə görmək olur ki, o, kənd təsərrüfatının modernləşdirilməsi, innovasiyaların tətbiqi və ixrac imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.