YENİLƏNİB
DİM-dən sorğumuza cavab olaraq bildirdilər ki,
dünən imtahan nəticələri ilə yanaşı, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir ətraflı yazılı cavab tələb edən açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli, qiymətləndirmə şkalası və yazı işi nümunələri) da hər bir iştirakçının imtahan nəticəsi səhifəsinə yerləşdirilib:
"Ancaq yenə də xatırladırıq ki, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 14‑16 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.
Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə biləcəklər".***
Rus bölməsində uşaqların acıq suallarını tam qiymətləndirməyiblər. Bu barədə Azadmedia.az-a valideynlər şikayət edib və bildiriblər ki, yəqin ki, yoxlayan müəllimlərin hec biri rus dilini bilməmiş olub və ya uşaqlar qəsdən sıxışdırılıb. Bizim Rusiya ilə əlaqələrimiz pisdisə,buna yazıq uşaqlar neyləsin? - yazan valideyn əlavə edib ki, əvvəl rus dili müəllimlərini sıxışdırdılar, indi də abituriyentləri...
Azərbaycan bölməsində 2 sözlə fikrimi tam ifadə etməyən uşaqlara 0.5 bal veriblər.Siz baxasız necə fikirlər yazıblar bizim uşaqlar, hec nə verməyiblər. Metodist müəllim dünən ağlayırdı uşaqlara görə, məktubda deyilir.
DİM-dən məsələyə mübasubət öyrənib mövzuya qayıdacağıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.