AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə lideri: Suriyanın yenidən qeyri-sabitliyə yönəlməsinə imkan verməyəcəyik

  • + A
  • - A
  • 11-04-2025, 17:25

    Türkiyə lideri: Suriyanın yenidən qeyri-sabitliyə yönəlməsinə imkan verməyəcəyik

    Türkiyə ABŞ və Rusiya daxil olmaqla Suriya məsələsi ilə bağlı bütün aktorlarla sıx təmas içərisindədir.

    Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Antalya Diplomatiya Forumunun rəsmi açılışında danışıb.

    “Suriyadakı gərginlikdən, münaqişədən ən çox təsirlənən dövlət olmuşuq. Suriyanın yenidən qeyri-sabitliyə yönəlməsinə imkan verməyəcəyik. Suriyanın ərazi bütövlüyünü özümüzünkündən ayrı görmürük. Suriya xalqı zülm və müharibədən bezib. Onlara belə bir şeyi təkrar yaşatmaq istəyənlər mövqeyimizi nəzərə almalıdır”, - o əlavə edib.

    R.T.Ərdoğan bildirib ki, Türkiyənin təmkinli davranışları başqalarına fürsət kimi görünməməlidir:

    “Türkiyə bütün bölgə xalqları üçün sülh, rifah, təhlükəsizlik, sabitlik istəyir. Bölgədə Türkiyə ABŞ və Rusiya da daxil olmaqla, Suriya məsələsi ilə bağlı bütün aktorlarla sıx təmas içərisindədir”.

    O, Qəzza məsələsindən də söz açaraq bildirib ki, Türkiyə Fələstinə 101 min tondan çox humanitar yardım göstərib və bunu davam etdirəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR