AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DYP strukturunda aparılan dəyişikliklər bu sahədə ciddi irəliləyişlərə səbəb olub

  • + A
  • - A
  • 14-04-2025, 16:00

    DYP strukturunda aparılan dəyişikliklər bu sahədə ciddi irəliləyişlərə səbəb olub

    Prezident İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti nəticəsində Azərbaycan bölgənin sabitlik adasına çevrilib. Dövlət başçısının da vurğuladığı kimi, ölkənin inkişafı sabitlik olmadan mümkün deyil. Bu sabitliyin təmin edilməsində hüquq-mühafizə orqanlarının, xüsusən də polis orqanlarının rolu danılmazdır.

    Son illər Daxili İşlər Nazirliyində həyata keçirilən islahatlar, o cümlədən Dövlət Yol Polisi (DYP) strukturunda aparılan dəyişikliklər bu sahədə ciddi irəliləyişlərə səbəb olub. Polis sistemində peşəkarlığın artırılması, xidmətin müasir tələblərə uyğun qurulması, texniki və maddi bazanın gücləndirilməsi sahəsində atılan addımlar konkret nəticələr verməkdədir.

    Prezident İlham Əliyev bildirib:
    “Polis orqanlarının fəaliyyətini təkmilləşdirmək, iş keyfiyyətini, peşə hazırlığını və bilik səviyyəsini artırmaq məqsədilə yeni texnologiyalarla təminat, maddi-texniki bazanın gücləndirilməsi və sosial müdafiənin artırılması istiqamətində zəruri tədbirlər görülür. Polisin inkişafına dövlət qayğısı davam edəcək”.
    DYP-nin texniki imkanları genişləndirilib, müasir inzibati binalar, rabitə vasitələri və elektron nəzarət sistemləri ilə təmin olunub. Bununla yanaşı, əməkdaşların sosial rifahı da diqqət mərkəzindədir — maaşların artırılması və sosial təminatın yaxşılaşdırılması bunu təsdiqləyir.

    Yol hərəkəti təhlükəsizliyinin təmin olunması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində də ciddi islahatlar həyata keçirilib. Vətəndaşlarla təmasın minimuma endirilməsi məqsədilə elektron xidmətlər genişləndirilib.

    Bu sahədə uğurların əldə olunmasında DYP-nin rəhbər heyətinin əməyi xüsusilə qeyd olunmalıdır. Onların rəhbərliyi ilə yol hərəkətinin təhlükəsizliyi, ictimai asayişin qorunması və xidməti intizamın möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.

    Prezident İlham Əliyevin dediyi kimi:
    “Azərbaycan xalqı hər şeyi aydın görür. Kim ölkəni hara aparır, xalq onu bilir. Müstəqilliyimizi qoruyacaq, inkişafımızı təmin edəcəyik. Polis orqanlarının bu işdə böyük rolu var”.

    Həyata keçirilən islahatlar DYP-ni həm texniki, həm də mənəvi baxımdan yeni mərhələyə daşıyır. Bu peşəkar komandanın sayəsində Azərbaycan yol polisi daha böyük uğurlara imza atmağa davam edəcək.

    Xəlil Xəlilov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR