AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İşğaldan azad olunmuş ərazilərə daha 16 milyard manat xərclənəcək

  • + A
  • - A
  • 15-04-2025, 21:00

    İşğaldan azad olunmuş ərazilərə daha 16 milyard manat xərclənəcək

    2026-2029-cu illərdə işğaldan azad olunmuş ərazilərin yenidənqurulmasına 16 milyard manat xərclənəcək.

    AzadMedia.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclərin əsaslı xərclərdə xüsusi çəkisi 30,6 faizdir.

    "2020-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,3 milyard manat vəsait ayrılıb, 2025-ci ildə bu məqsədə 4 milyard manat vəsait nəzərdə tutulub. Ötən ilin sonunadək işğaldan azad olunmuş ərazilərdə 10 mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilmiş, onların sosial müdafiəsinin təmin edilməsi məqsədlərinə dövlət büdcəsindən müvafiq vəsait yönəldilib", - məlumatda qeyd edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR